“Qarabağ” “Bayer”dən xal ala bilmədi

“Qarabağ” “Bayer”dən xal ala bilmədi

“Qarabağ” növbəti avrokubok oyununu keçirib. Azərbaycan çempionu Avropa Liqasının qrup mərhələsində 4-cü matçına çıxıb.

H qrupunda mübarizə aparan Qurban Qurbanovun yetirmələri “Bayer”lə görüşüb. Rəqibini Bakıda qəbul edən Ağdam klubu Bundesliqanın lideri ilə başabaş mübarizə aparıb.

Görüşün taleyi uzatma dəqiqələrində həll olub. Viktor Boniasenn penaltidən vurduğu qol Almaniya klubuna üç xal qazandırıb.

Qeyd edək ki, qrupun bu gün keçiriləcək digər oyununda “Hekken” və “Molde” üz-üzə gələcək. Bu matç Bakı vaxtı ilə saat 00:00-da başlayacaq.

ETOPAZ

Əvvəlki yazı

Həftənin ən yaxşısı adına namizədlər

Növbəti yazı

“Real”da ciddi itki