Günün kuponu – 13.10.2023
Portuqaliya – Slovakiya 1
Avro-2024-də seçmə mərhələnin 7-ci turu başlayıb. Portuqaliya və Slovakiya qrupda ilk iki pilləni tutur. Ronaldonun həmyerlilərini artıq qitə çempionatına vəsiqəni təmin etmiş hesab etmək olar. Meydan sahibləri 6 turda qapısından qol buraxmayıb v 100% nəticə göstərib.
Niderland – Fransa QOL/QOL
Maksimum nəticə göstərən fransızlar 11 qol vurub və qapısını toxunulmaz saxlayıb. Beş turda çox inamlı təsir bağışlayıb. İlk turda Deşamın komandası Niderlandı üstələyib (4-0). Qonaqların qələbəsinə tam inanmıram. Heç-heçə daha real görünür.
Avstriya – Belçika QOL/QOL
Millimizin qrupunda liderlik uğrunda matç keçiriləcək. Hər iki komandanın 13 xalı var. Meydan sahibləri maksimum güc nümayiş etdirməklə birinci pilləni təmin etməyə çalışacaq. Belçika heyətinə görə Avropada ən yaxşılar sırasındadır. Ona görə kimin qalib olacağını söyləmək çətindir.