Canni De Byazi: “Sabah bizi vacib test gözləyir”

Canni De Byazi: “Sabah bizi vacib test gözləyir”

Sabah millimiz yoxlama matçı keçirəcək. Rəqib İordaniya seçməsi olacaq.

Oyundan öncə yığmamızın çalışdırıcısı Canni De Byazinin mətbuat konfransı keçirilib. Sizi mütəxəssisin fikirləri ilə tanış edirik:

“Belçikaya qarşı yaxşı oynamışdıq. Sabah bütün fokusumuz İordaniyaya qarşıdır. Onların kağız üzərində böyük adı olmaya bilər, amma yaxşı komandadır. Rəqibin yaxşı oyunlarını görmüşəm. Sürətli komandadır. Ona görə uduzduq ki, rəqibimiz güclü idi. Onlar yaradılan bir şansdan istifadə etdilər. O qolu buraxmamaq da olardı. Amma düzgün reaksiya verdik, yaxşı oynadıq. Uşaqlardan razı qaldım. Start heyətində olanlar da, sonradan meydana daxil olanlar da yaxşı oynadı. Səsim bir az batıb, danışa bilmirəm. Sabah bizi vacib test gözləyir. Oktyabrdakı rəsmi matçdan əvvəl son testdir. Uşaqlar ciddi yanaşmalıdır. Oktyabrda kimin siyahıda olacağı sabahdan asılıdır”.

ETOPAZ

Əvvəlki yazı

Alfonso Devis “Real”ın hədəfində

Növbəti yazı

Emin Mahmudov: “Çalışacağıq ki, öz oyunumuzu göstərək”