Premyer Liqadan transfer rekordu

Premyer Liqadan transfer rekordu

İngiltərə Premyer Liqasının klubları yeni rekorda imza atıb. Britaniyalılar yay pəncərəsindəki transfer xərclərində ən yüksək göstəricini rəsmiləşdirib.

Bu yay Premyer Liqa təmsilçiləri ümumilikdə 2,36 milyard funt sterlinq xərcləyib. Bu, ötən il qeydə alınan əvvəlki rekorddan 440 milyon çoxdur.

Transfer pəncərəsinin son günündə 255 milyonluq keçid qeydə alınıb. Bu rəqəm ötən yay 120 milyon idi.

“Böyük beşlik” liqalarının transfer xərclərinin 48 faizi Premyer Liqanın payına düşür.

ETOPAZ

Əvvəlki yazı

“Miluoki”də üçüncü Adetokumbo

Növbəti yazı

Azar “Santos”un təklifindən imtina etdi