Tarixin ikincisi

Tarixin ikincisi

“Çelsi”nin futbolçusu Tyaqo Silva Premyer Liqanın 3-cü turunun “Luton”la oyununa start heyətində çıxıb. Braziliyalı müdafiəçi yarışın tarixinə ilk “11-lik”də yer alan ikinci ən yaşlı sahə oyunçusu kimi düşüb.

O, 38 yaş 337 günlüyündə bunu bacarıb. Braziliyalı arxa xətt oyunçusu yalnız Teddi Şeringemdən geri qalır. 39 yaş 147 günlüyündə “Vest Hem”in start heyətinə düşən veteran bu rekorda 2005/06 mövsümündə imza atıb.

Qeyd edək ki, “Çelsi” “Luton”a 3:0 hesabı ilə qalib gəlib.

ETOPAZ

Əvvəlki yazı

60 ilin antirekordu

Növbəti yazı

Ən çox qazanan tennisçilərin siyahısı açıqlandı