60 ilin antirekordu
Fransa basketbol üzrə dünya çempionatına uğursuz başlayıb. Kanadaya 65:95 hesabı ilə uduzan “üçrənglilər” antirekorda imza atıb.
Bu, Fransa yığmasının son 60 ildəki çempionatlarda ən ağır məğlubiyyəti olub. Onların ən azı 30 xal fərqi ilə son yenilgisi 1963-cü ildə yaşanıb. Həmin vaxt Yuqoslaviya fransalıları darmadağın edib – 99:63.
Qeyd edək ki, 32 yığmanın qatıldığı mundial İndoneziya, Yaponiya və Filippində keçirilir.