Varana ərəb təklifi

Varana ərəb təklifi

“Mançester Yunayted”in futbolçusu Rafael Varan karyerasını Səudiyyə Ərəbistanında davam etdirə bilər. Fransa millisinin müdafiəçisi “Əl-İffihad”ın transfer hədəfinə çevrilib.

30 yaşlı futbolçunun nümayəndələri ilə danışıqlar başlayıb. Varan ilk təklifi qəbul etməyib.

O, ən azı daha bir mövsüm Avropada oynamaq istəyir. Lakin Rafaelin Fransa yığmasındakı komanda yoldaşları Kərim Benzama və Nqolo Kante də məsələyə qarışıb. Onlar müdafiəçini yola gətirməyə çalışır.

Qeyd edək ki, Varan 2021-ci ilin yayında “Real”dan “Mançester Yunayted”ə keçib.

ETOPAZ

Əvvəlki yazı

Kevin əməliyyat olundu

Növbəti yazı

Lorisdən imtina