Murad Musayev: “Biz heç kimdən qorxmuruq”

Murad Musayev: “Biz heç kimdən qorxmuruq”

“Sabah” Konfrans Liqasının 3-cü təsnifat mərhələsinin cavab matçında “Partizan”la qarşılaşacaq. Təmsilçimiz həmin görüşə səfərdə çıxacaq.

Oyundan öncə “bayquşlar”ın baş məşqçisi Murad Musayevin mətbuat konfransı keçirilib. Sizi onun fikirləri ilə tanış edirik:

“Bir həftə əvvəl Bakıda hər iki komandanın ifasında hücum futbolu izlədik. Sabah “Partizan” evdə oynayır. Onların yaxşı məşqçisi və komandası var. Fikrimcə, onlar irəli atılacaq və qol vurmaq istəyəcəklər. Sabah hər iki komandanın ifasında maraqlı futbol izləyəcəyimizi gözləyirəm. Bizim üçün çətin olacaq. Buna baxmayaraq, biz heç kimdən qorxmuruq. Sabah biz rəqibdən çəkinmədən mübarizə aparacaq və öz oyunumuzu sərgiləyəcəyik. Komandanın liderlərindən biri bizi tərk edib, bir neçə oyunçumuz da zədəli idi. Oyununun təxirə salınması ehtimalı mümkün olduqda bundan istifadə etmək qərarına gəldik. Bunun bizim xeyrimizə olub-olmamasını sabah görəcəyik. Mən düşünmürəm ki bu bizə hər hansı üstünlük verəcək. Sabah əsas olan intizamlı olmaq və çox çalışmaqdır. Ötən mövsüm biz çempionatda ən az qol buraxan komanda olduq. Lakin müdafiə futbolu bizə uyğun deyil. Rəqib də öz şansını hücumda sınayacaq. Kimdə daha yaxşı alınacağını sabah görəcəyik”.

ETOPAZ

Əvvəlki yazı

Adrian Mutu: “Rəqibimiz çox güclü olsa da, sabah bunun öhdəsindən gəlməyə çalışacağıq”

Növbəti yazı

Şənol Günəş: “Neftçi” topla yaxşı oynayan texnikalı komandadır”