Qurban Qurbanov “300”ə çatdı

Qurban Qurbanov “300”ə çatdı

Qurban Qurbanov baş məşqçi kimi Azərbaycan çempionatlarında 300-cü qələbəsini qazanıb. 51 yaşlı mütəxəssisin yubileyi Azərbaycan Premyer Liqasının 2-ci turuna təsadüf edib.

Onun rəhbərlik etdiyi “Qarabağ” öz meydanında “Turan Tovuz”la qarşılaşıb. 3:0 hesablı qələbə Qurbanov üçün sayca 300-cü olub.

Mütəxəssis bu rəqəmə iki komandada – “Neftçi” və “Qarabağ”da çalışdığı müddətdə çatıb. Bu göstəricidə ölkə çempionatında rekordçu olan Qurbanovun ən yaxın izləyicisi Ağasəlim Mircavadovun hesabında 204 qələbə var.

Qeyd edək ki, Qurbanovun baş məşqçi kimi çempionatdakı ilk qələbəsi 2006-cı il avqustun 6-da qeydə alınıb. Onun debütündə çalışdırdığı “Neftçi” “Gənclərbirliyi”ni 6:1 hesabı ilə məğlub edib.

ETOPAZ

Əvvəlki yazı

“Qalatasaray”dan Ramosa 5,5 milyon avro

Növbəti yazı

Günün kuponu – 16.08.2023