Adrian Mutu: “Bir az bəxtimiz gətirsəydi…”

Adrian Mutu: “Bir az bəxtimiz gətirsəydi…”

Konfrans Liqasının III təsnifat mərhələsinin ilk oyununda “Beşiktaş”a 1:3 hesabı ilə uduzan “Neftçi”nin baş məşqçisi Adrian Mutunun mətbuat konfransı keçirilib. Rumıniyalı mütəxəssis “Neftçi Arena”dakı matç barədə fikirlərini açıqlayıb:

“Çətin oyun oldu. Güclü rəqiblə mübarizə apardıq. Sona qədər oyunda qalmaq üçün çalışdıq. İlk hissədə “Beşiktaş” bizdən daha yaxşı idi. İkinci yarıda biz daha yaxşı oynadıq, onlardan daha yaxşı idik, rəqibin qapısı önündə çox qol epizodu yaratdıq. Bir az bəxtimiz gətirsəydi, ikinci qolu da vurardıq. Buraxdığımız üçüncü qolu “Beşiktaş”a hədiyyə etdik. Hamı gördü ki, Ervin Koffinin səhvi oldu. O, zədədən yeni qayıdıb. Məşqçi olaraq işim onları daha yaxşı duruma gətirib çıxarmaqdır”.

ETOPAZ

Əvvəlki yazı

Murad Musayev: “Onların sayəsində tarixi qələbə qazandıq”

Növbəti yazı

Şenol Güneş: “İstədiyimiz kimi oynadıq”