Murad Musayev: “Onların sayəsində tarixi qələbə qazandıq”

Murad Musayev: “Onların sayəsində tarixi qələbə qazandıq”

Konfrans Liqasının III təsnifat mərhələsində Serbiya “Partizan”ı ilə qarşılaşan “Sabah” evdəki ilk matçda 2:0 hesabı ilə qalib gəlib. Matçdan sonra bakılıların baş məşqçisi Murad Musayevin mətbuat konfransı keçirilib.

Rusiyalı mütəxəssis qələbəyə şərh verib: “Bu oyuna görə futbolçularımla fəxr edirəm. Xarakter göstərdik, adlı-sanlı rəqibdən qorxmadıq, hücum futbolu göstərdik. Cavab matçı ərəfəsində şanslar hələ də bərabərdir. Addım-addım gedəcəyik. Qarşıda bizim “Sumqayıt”la matçımız var. Bir həftə sonra isə Belqradda çətin oyunumuz olacaq. Stadiona gələn azarkeşlərə, tamaşaçılara təşəkkür edirəm. Bu gün onların dəstəyi bizim üçün çox vacib idi. Onların sayəsində tarixi qələbə qazandıq. İşin yarısını görmüşük. Amma sakit qalıb, növbəti matçı gözləməliyik”.

ETOPAZ

Əvvəlki yazı

“Neftçi” – “Beşiktaş” matçında dörd qol

Növbəti yazı

Adrian Mutu: “Bir az bəxtimiz gətirsəydi…”