“Neftçi” – “Beşiktaş” matçında dörd qol

“Neftçi” – “Beşiktaş” matçında dörd qol

“Neftçi” Konfrans Liqasında növbəti oyununu keçirib. Bakı klubu III təsnifat mərhələsinin ilk görüşündə “Beşiktaş”la üz-üzə gəlib.

Türkiyə təmsilçisi ilə matç “Neftçi Arena”da təşkil olunub. İlk yarıda üstünlüyü ələ alan İstanbul klubu 2 qol vurub.

Fasilədən sonra “Beşiktaş” fərqi üç topa çatdırıb. Buraxılan üçüncü qoldan sonra fəallığı artıran “Neftçi” rəqib qapısı önündə çoxsaylı imkanlar əldə edib. Lakin yalnız bir imkandan yararlanan bakılıların təsəlli qoluna Kilan Lebon imza atıb – 1:3.

Qeyd edək ki, komandalar arasında cavab oyunu avqustun 17-də İstanbulda baş tutacaq.

ETOPAZ

Əvvəlki yazı

Qurban Qurbanov: “Vacib qələbə qazandıq”

Növbəti yazı

Murad Musayev: “Onların sayəsində tarixi qələbə qazandıq”