Osimhen “Milan”a qarşı oynamayacaq

Osimhen “Milan”a qarşı oynamayacaq

“Napoli” ciddi itki ilə üzləşib. İtaliya klubu hücumçusu Viktor Osimhenin xidmətindən məhrum olub.

Bunu Neapol təmsilçisinin mətbuat xidməti açıqlayıb. Nigeriyalı hücumçu A seriyasının 28-ci turunun “Milan”la matçını buraxacaq. Bu görüş aprelin 2-də keçiriləcək.

Osimhenin əzələ problemi yaranıb. Bir həftədən sonra forvard yenidən müayinə olunacaq.

Qeyd edək ki, Osimhen A seriyasında cari mövsümün 23 matçında 21 qol vurub.

ETOPAZ

Əvvəlki yazı

“Real” Mbappedən vaz keçmir

Növbəti yazı

Alman məşqçi ilə yeni müqavilə