Dünya çempionu karyerasını bitirir
Fransalı futbolçu Blez Matuidi karyerasını bitirir. 35 yaşlı yarımmüdafiəçi sosial media hesabından verdiyi açıqlamada çox sevdiyi futbolla vidalaşmağın vaxtının gəldiyini bildirib.
Klub karyerasında PSJ ilə 4 dəfə Fransa, “Yuventus”la 3 dəfə İtaliya çempionu olan Matuidi dekabrın 31-də “İnter Mayami” ilə müqaviləsi başa çatdıqdan sonra yaşıl meydana vida edəcək.
Qeyd edək ki, yarımmüdafiəçi 2018-ci ildə Rusiyada keçirilən dünya çempionatında mundialın qızıl medalına sahib olub.