Mourinyonun ən pis göstəricisi

Mourinyonun ən pis göstəricisi

“Roma” cari mövsümdə ilk dəfə böyük hesabla uduzub. Paytaxt təmsilçisi İtaliya A seriyasının V turunda “Udineze”yə 0:4 hesabı ilə məğlub olub.

Bu, “canavarlar”ın baş məşqçisi Joze Mourinyonun İtaliya çempionatındakı ən ağır məğlubiyyətidir. Antirekorda üzülən portuqaliyalı A seriyasında heç vaxt 4 və ya daha çox top fərqli yenilgi ilə üzləşməyib.

Onun məşqçilik karyerasında isə üçüncü dəfə belə hal yaşanıb. Mourinyolu “Real” “Barselona”ya 0:5, “Mançester Yunayted” isə “Çelsi”yə 0:4 hesabı ilə uduzub.

ETOPAZ

Əvvəlki yazı

Uğursuz dördlü

Növbəti yazı

Ən bahalı klublar