“Mançester Yunayted”dən “Fulhem”ə

“Mançester Yunayted”dən “Fulhem”ə

“Mançester Yunayted”in futbolçusu Erik Bayi komandasını dəyişə bilər. Müdafiəçinin xidmətində “Fulhem” maraqlıdır.

London klubu onun keçidi ilə bağlı danışıqlara start verib. “Fulhem” Bayini sonradan almaq hüququ ilə bir mövsümlük icarəyə götürməyi planlaşdırır.

Oyun praktikasından əziyyət çəkən Erik də keçidin tərəfdarıdır. O, ötən mövsüm cəmi 7 matçda şans qazanıb.

ETOPAZ

Əvvəlki yazı

Ulduz hücumçu “Bruklin”dən gedir

Növbəti yazı

Kaliniçdən üç illik müqavilə