“Orlando” Rossu göndərir

“Orlando” Rossu göndərir

NBA-da daha bir basketbolçu dəyişikliklər bazarına çıxarılıb. “Orlando” Terrens Rossu başqa kluba göndərməyə qərar verib.

Klub rəhbərliyi 31 yaşlı oyunçusunu hələ fevralda draftın birinci mərhələsinin pikinə dəyişmək istəyirdi. Terrensin potensial müştəriləri “Orlando”nun tələbinin azalacağına ümid edir. Klubunun onun üçün 2-ci mərhələnin bir neçə pik aşağısını istəyəcəyi gözlənilir. Çünki oyunçu müqaviləsinin son ilində 11,5 milyon dollar almalıdır. Buna görə də “Orlando” onunla vidalaşmaq fikrində qətidir.

Qeyd edək ki, Ross başa çatan mövsümün 63 oyununda orta hesabla 10,0 xal, 2,6 ribaund və 1,8 ötürməyə imza atıb.

ETOPAZ

Əvvəlki yazı

Zinçenko “Everton”un hədəfində

Növbəti yazı

Dembele “Çelsi”yə şərt qoydu