“Bavariya” Mane transferini bitirmək niyyətindədir

“Bavariya” Mane transferini bitirmək niyyətindədir

“Bavariya” “Liverpul”un hücumçusu Sadio Maneni transfer etməkdə israrlıdır. Münhen klubu transferin məbləği ilə bağlı “qırmızılar”la razılaşmalı olacaq.

Qeyd olunur ki, 30 yaşlı seneqallı üçün danışıqlarda “Bavariya”nın idman direktoru Həsən Salihamidziç böyük rol oynayır. Eyni zamanda idman direktoru Manenin özündə də inandırıcı təsir bağışlayıb.

Transfer baş tutsa, Sadio Münhen klubunda ən çox maaş alan futbolçular sırasında olacaq. Hücumçuya vergilər çıxmadan ildə təxminən 20 milyon avro maaşla müqavilə veriləcək. İngiltərə klubunda seneqallı vergilərdən əlavə 12 milyon avro alır.

ETOPAZ

Əvvəlki yazı

Poqba “Yuventus”la 3 illik müqavilə imzalayacaq

Növbəti yazı

“Napoli” və “Latsio” oyunçu dəyişikliyinə hazırlaşır