“Real” 14-cü dəfə Avropanın ən güclüsüdür

“Real” 14-cü dəfə Avropanın ən güclüsüdür

Bu gün Çempionlar Liqasında mövsümə yekun vurulub. Final matçı Parisdə “Stad de Frans”da keçirilib.

Avropanın ən güclüsü olmaq uğrunda “Liverpul” “Real”la qarşılaşıb. Görüş “qırmızılar”ın üstünlüyü ilə başlayıb. Mersisaydlılar bir neçə epizodda qola yaxın olsalar da, bu, mümkün olmayıb. İlk yarının sonlarında Kərim Benzema fərqlənib. Lakin VAR qolu ləğv edib. İkinci yarı da eyni ssenari ilə keçib. “Liverpul” hissəni hücumda keçirib. Tamamilə qol vurmağa fokuslanan Yurgen Kloppun yetirmələri əks-hücumlarda boşluqlar verib. Bunlardan birində 59-cu dəqiqədə Federiko Valverde sürətli reyd edib. Onun ötürməsini Vinisius Cunior qolla tamamlayıb – 0:1. İkinci yarının sonları Tibo Kurtuanın ustalığını göstərməsi ilə yadda qalıb. O, bir neçə epizodda komandasını real qoldan xilas edib. Görüş “Real”ın 1:0 hesablı qələbəsi ilə başa çatıb.

Karlo Ançelottinin komandası Çempionlar Liqasında 2021-22 mövsümünün qalibi adına yiyələnib. Bu, “kral klubu”nun turnirdə 14-cü çempionluğudur.

ETOPAZ

Əvvəlki yazı

Hirro ardıcıl üçüncü görüşü də buraxdı

Növbəti yazı

Ançelotti mütləq rekordçudur