Mövsümün oyunçusu adına 8 namizəd

Mövsümün oyunçusu adına 8 namizəd

İngiltərə Premyer Liqasında mövsümün futbolçusu adına namizədlər müəyyənləşib. İddiaçıların adlarını Premyer Liqanın mətbuat xidməti açıqlayıb.

Mükafata 8 namizəd iddia edir. Bunlar Trent Aleksander-Arnold, Məhəmməd Salah (hər ikisi “Liverpul”), Cerrod Bouen (“Vest Hem”), Joao Kanselo, Kevin de Breyne (hər ikisi “Mançester Siti”), Bukayo Saka (“Arsenal”), Son Xın Min (“Tottenhem”) və Ceyms Uord-Prouzdur (“Sauthempton”).

Qeyd edək ki, mövsümün oyunçusu azarkeşlər, futbol ekspertləri və 20 kapitan arasında səsvermənin yekununda müəyyənləşəcək.

ETOPAZ

Əvvəlki yazı

“Liverpul”un Zaniolo planı

Növbəti yazı

Ardıcıl 12-ci dəfə