Avrokubokların formatı dəyişdiriləcək

Avrokubokların formatı dəyişdiriləcək

2024/25 mövsümündən etibarən avrokubokların formatı dəyişəcək. Bu barədə qərar UEFA İcraiyyə Komitəsinin bu gün keçirilən iclasında verilib.

Tədbirdə Çempionlar Liqasının formatında yeni dəyişikliklər təsdiqlənib. İslahatlar çərçivəsində əsas dəyişiklik hazırkı formada olan 32 komandadan ibarət qrup mərhələsinin ləğv edilməsidir. 2024/25 mövsümündən etibarən qrup mərhələsi əvəzinə 36 klubdan ibarət vahid liqa olacaq.

Eyni zamanda, oyunların sayı əvvəlcədən planlaşdırılandan az olacaq. Qitə futbol qurumu 2024-cü ildən İsveçrə sisteminə uyğun olaraq Çempionlar Liqasında qrup matçlarının sayını 10-dan 8-ə endirməyə razılıq verib.

Həmçinin, UEFA əmsallar planından imtina edəcək və indiki kimi, beş mövsüm ərzində komanda əmsallarını əsas götürməyəcək. Yəni 2024-cü ildən əvvəlki mövsümün ən yaxşı iki ölkəsinə əlavə yer veriləcək.

Avropa Liqası və Konfrans Liqası da eyni formatda təşkil olunacaq. Hər iki turnirdə 36 komanda mübarizə aparacaq. Lakin Avropa Liqasında 8, Konfrans Liqasında 6 tur oynanılacaq.

ETOPAZ

Əvvəlki yazı

Naço “Real”la razılaşdı

Növbəti yazı

Haland “Mançester Siti”də