Messi İnyestaya çatdı

Messi İnyestaya çatdı

Argentinalı futbolçu Lionel Messi PSJ ilə Fransa çempionu olub. Bu, ulduz futbolçunun karyerasında 39-cu tituludur.

O, qazandığı titulların sayına görə “Barselona”dan keçmiş komanda yoldaşı Andres İnyestaya çatıb. Bu göstəricidə dünyada birinci yerdə də Kataloniya klubunun müdafiəçisi Dani Alvesdir.

Lionel “Barselona” ilə 10 dəfə İspaniya çempionatının, 4 dəfə Çempionlar Liqasının, 8 dəfə İspaniya superkubokunun, 7 dəfə İspaniya kubokunun, 1 dəfə klublararası dünya kubokunun, 3 dəfə isə Avropa superkubokunun qalibi olub. O, Argentina millisində Amerika kubokunu, Olimpiadanı və gənclər arasında dünya çempionatını qazanıb.

Ümumilikdə 39 titulu olan Messi yalnız sabiq komanda yoldaşı Dani Alvesdən geri qalır. Braziliyalının aktivində 46 kubok var.

ETOPAZ

Əvvəlki yazı

“Nyukasl” Navas arzusunda

Növbəti yazı

Dumfrisə növbəti müştəri