“Nyukasl” Navas arzusunda
PSJ-nin qapıçısı Keylor Navas karyerasını İngiltərə Premyer Liqasında davam etdirə bilər. Kosta-rikalıya “Nyukasl” ciddi maraq göstərir.
Paris komandası növbəti mövsümdən əsas qolkiper kimi italiyalı Canluici Donnarummanı görür. Navasın PSJ ilə müqaviləsi 2024-cü ilin iyununa qədərdir. 35 yaşlı Keyloru almaqda “Yuventus” və “Sevilya” da maraqlıdır.
Qeyd edək ki, qolkiper bu mövsüm PSJ-nin heyətində bütün yarışlarda 24 oyun keçirib, 22 top buraxıb və 9 matçda qapısını qola bağlayıb.