Alkaras “Top-10”da

Alkaras “Top-10”da

Dünyanın 11-ci raketkası Karlos Alkaras Barselonadakı turnirin yarımfinalına yüksəlib. O, 1/4 finalda Stefanos Tsitsipasa qalib gəlib – 6:4, 5:7, 6:2.

Karlos “Top-5”dəki rəqiblərlə 7-ci qarşılaşmada 3-cü dəfə qələbə qazanıb. Bu qələbə onu “Top-10”a daşıyıb. Alkaras “onluq”da debüt edəcək.

İspaniyalı tennisçi bu il 24 matçda 21 qələbə qazanıb. O, Rio və Mayamidə titul sahibi olub.

ETOPAZ

Əvvəlki yazı

Morata “Arsenal”a keçməyə razılaşdı

Növbəti yazı

Adeyemi “Borussiya”da