“Barselona”nın yeni transfer planı

“Barselona”nın yeni transfer planı

Yarımmüdafiəçi Karlos Soler “Valensiya”nı tərk edə bilər. 25 yaşlı futbolçu “Barselona” tərəfindən diqqətlə izlənir.

Yarımmüdafiəçilərindən biri komandanı tərk edərsə, kataloniyalılar Soleri heyətinə qatmağa cəhd etməyə hazırdır. Əsas plan bu yay Soleri almaqdır. Lakin növbəti mövsümün sonunda azad agentlə müqavilə imzalamaq da mümkündür. Futbolçunun özünün də “Barselona”dan təklif gözlədiyi bildirilir.

Soler bu mövsüm La Liqada 27 oyuna çıxıb və 11 qol vurub.

ETOPAZ

Əvvəlki yazı

Radukanu 2022-ci ildə ilk dəfə

Növbəti yazı

“Atletiko” Sabitzerə “elçi düşdü”