NBA tarixində ikinci

NBA tarixində ikinci

NBA-da pley-off start götürüb. “Qolden Steyt” “Denver”lə görüşdə qələbə qazanıb – 123:107.

Bu matçda müdafiəçi Cordan Pul “Uorriorz”in tarixinə düşüb. O, komandasının pley-offdakı debütündə 30 və ya daha çox qazanan üçüncü oyunçusudur. Cordana qədər bunu Uilt Çemberlen (35) və Mitç Riçmond (30) bacarıb.

Pul həm də NBA tarixində ikinci oyunçudur ki, pley-offdakı debütündə ən azı 5 üçxallıq atış və minimum 30 xala nail olub. 2015-ci ildə Kayri İrvinq belə uğura imza atıb.

ETOPAZ

Əvvəlki yazı

Mourinyonun rekordu

Növbəti yazı

Vlahoviç: Patodan sonra ikinci