Mourinyonun rekordu
Avrokuboklarda yarımfinala ən çox yüksələn məşqçilərin siyahısı açıqlanıb. “Marka” nəşrinin tərtib etdiyi cədvələ Joze Mourinyo başçılıq edir.
Portuqaliyalı mütəxəssis 11-ci dəfə yarımfinala yüksəlib. “Roma”nın baş məşqçisi “Bodo Qlimt” üzərində qələbədən sonra Konfrans Liqasında yarımfinal həyəcanı yaşayacaq.
Karlo Ançelotti və Pep Qvardiolanın hərəsinin 9, Aleks Ferqyusonla Yupp Haynkesin hərəyə 8 yarımfinalı var. Mourinyo həm də Çempionlar Liqası, Avropa Liqası və Konfrans Liqasının üçündə də bu mərhələyə yüksələn ilk mütəxəssis olub.