Vlahoviç: Patodan sonra ikinci
“Yuventus”un futbolçusu Duşan Vlahoviç İtaliya A seriyasında 50-ci qolunu vurub. O, “Bolonya” ilə qarşılaşmada fərqlənib.
Serbiyalı hücumçu 50 qol səddinə 22 yaş 78 günlüyündə çatıb. Bu, İtaliya çempionatı tarixində ikinci göstəricidir.
Yalnız Aleşandre Pato 50-ci qolunu daha gənc yaşında vurub. Sabiq “Milan”lı 2011-ci ildə 100-ü yarılayanda 21 yaş 220 günlük olub