“Milan”da 4 illik müqavilə

“Milan”da 4 illik müqavilə

“Liverpul”un hücumçusu Divok Oriqinin “Milan”la müqaviləsinin təfərrüatları müəyyənləşib. 26 yaşlı forvard mövsümün sonunda “rossonyerlər”ə azad agent kimi keçəcək.

Belçika millisinin üzvü yeni komandası ilə 4 illik müqaviləni razılaşdırıb. Onun A seriyası təmsilçisində illik məvacibi 3,5 milyon avro olacaq. Oriqi “Milan”a keçmək üçün “Nyukasl”, “Kristal Pelas” və “Bayer”in təklifini rədd edib.

Qeyd edək ki, Divok Oriqi karyerası ərzində yalnız “Lill”, “Liverpul” və “Volfsburq”un formasını geyinib.

ETOPAZ

Əvvəlki yazı

Ozan Tufan yeni klubu ilə anlaşdı

Növbəti yazı

“Yuventus” Kepaya “elçi düşdü”