“Barselona” və “Lion”dan vida

“Barselona” və “Lion”dan vida

Avropa Liqasında 1/4 final mərhələsi başa çatıb. Mərhələnin cavab oyunları çərçivəsində 4 matç keçirilib.

Turnirin favoritlərindən olan “Barselona” “Ayntraxt”ı qəbul edib. Səfərdə heç-heçəyə nail olan (1:1) ispaniyalılar doğma meydanda 2:3 hesabı ilə uduzaraq Avropa Liqası ilə vidalaşıb.

“Vest Hem” də evdəki sülhdən (1:1) sonra rəqib meydanındakı qələbə ilə yarımfinala adlayıb. İngiltərə klubu “Lion”un qapısından üç cavabsız top keçirib.

“Leypsiq” isə İtaliyadan qalib ayrılıb. Almaniya təmsilçisi evdə heç-heçə etdiyi (1:1) “Atalanta”nı səfərdə iki qolla adlayıb – 2:0.

“Reyncers” – “Braqa” cütünün taleyi əlavə vaxtda həll olunub. Portuqaliyada 0:1 hesabı ilə uduzan Şotlandiya klubu əlavə vaxtda vurulan topla mərhələ adlayıb – 3:1.

ETOPAZ

Əvvəlki yazı

“Lester”dən əzmkar, “Marsel”dən ikinci qələbə

Növbəti yazı

Almaniya klubları britaniyalılarla üz-üzə