Keyn “Real”ın hədəfində

Keyn “Real”ın hədəfində

“Tottenhem”in hücumçusu Harri Keynə daha bir klub “elçi düşüb”. İngiltərəli futbolçu “Real”ın maraq dairəsinə düşüb.

“Kral klubu” Dortmund “Borussiya”sının forvardı Erlinq Halandla danışıqların uğursuz nəticələnmə ehtimalını nəzərə alaraq, İngiltərə millisinin üzvü ilə danışıqlara başlayıb. Harri özü də müntəzəm Çempionlar Liqasında çıxış edən klubda oynamaq arzusundadır. Bu üzdən mövsümün sonunda komandasını dəyişməyi planlaşdırır.

Qeyd edək ki, Keyn bu mövsüm Premyer Liqada 29 oyun keçirib, 12 qol, 6 məhsuldar ötürmə ilə yadda qalıb.

ETOPAZ

Əvvəlki yazı

“Tottenhem” Rudiger planını dəyişdi

Növbəti yazı

Zvonareva və Siqmund çempion oldu