PSJ Mbappeni kapitan təyin etmək istəyir

PSJ Mbappeni kapitan təyin etmək istəyir

PSJ hücumçusu Kilian Mbappeni komandada saxlamaq üçün oyunçuya yeni təklif edib. Klub futbolçunu kapitan təyin etmək istəyir.

Parislilərin rəhbərliyi 23 yaşlı futbolçuya kapitan sarğısını onu klubda saxlamaq və yeni müqavilə imzalamaq üçün təklif etmək niyyətindədir. Ehtimal olunur ki, bu, Mbappenin komandada qalması üçün əlavə səbəb ola bilər.

Fransız futbolçunun hazırkı müqaviləsi 2022-ci ilin yayına kimi nəzərdə tutulub.

Qeyd edək ki, Mbappe 2018-ci ildən Paris klubunda çıxış edir. Bu mövsüm o, PSJ-nin heyətində bütün turnirlərdə 37 oyuna çıxıb, 26 qol vurub və 17 məhsuldar ötürmə edib.

ETOPAZ

Əvvəlki yazı

Suarez MLS yolunda

Növbəti yazı

“Liverpul” Salahla müqaviləni uzadacaq