“Kamp Nou”da dünya rekordu

Qadınlar arasında Çempionlar Liqasının 1/4 final mərhələsinin “Barselona” – “Real” oyunu tarixə düşüb. “Nou Kamp” stadionundakı “El Klasiko”nu 91 min 553 tamaşaçı izləyib.

Bu say qadın futbolu tarixində yeni dünya rekordudur. Görüş “Barselona”nın 5:2 hesablı qələbəsi ilə yekunlaşıb. İlk oyunda da rəqibini 3:1 hesabı ilə məğlub edən kataloniyalılar yarımfinalda “Arsenal” – “Volfsburq” cütünün qalibi ilə qarşılaşacaq.

Qeyd edək ki, Çempionlar Liqasının final matçı mayın 21-də Turində keçiriləcək. “Barselona” turnirin son qalibidir.
 

ETOPAZ

Əvvəlki yazı

“Klivlend”də iki anlaşma

Növbəti yazı

Fernandeş “Mançester Yunayted”lə yeni müqavilə imzalayacaq