Halilhodjiçdən rekord

Halilhodjiçdən rekord

Mərakeş millisinin baş məşqçisi Vahid Halilhodjiç dünya çempionatları tarixinə düşüb. Təcrübəli mütəxəssis 4 müxtəlif yığmanı mundiala çıxaran ilk baş məşqçi olub.

Mərakeş millisi DÇ-2022-yə vəsiqəni Konqo ilə görüşlərdə qazanıb – 1:1, 4:1. 69 yaşlı bosniyalı bunadək Yaponiya, Əlcəzair və Fil Dişi Sahili yığmalarını da mundiala daşıyıb.

Bora Milutinoviç və Karlos Alberto Parreyra dünya çempionatlarının final mərhələlərində 5 fərqli komandaya rəhbərlik edib. Lakin onlar bu yığmaların hamısı ilə mundiala vəsiqə qazanmayıb.

ETOPAZ

Əvvəlki yazı

Keyruşdan istefa

Növbəti yazı

Afrikanın dünya çempionatı yolçuları müəyyənləşdi