“Real” Asensionun qarşısına ultimatum qoydu

“Real” Asensionun qarşısına ultimatum qoydu

“Real” rəhbərliyi Marko Asensionun taleyinə mümkün qədər tez aydınlıq gəlməsini istəyir. Madridlilər müqaviləsi 2023-cü ildə başa çatacaq hücumçu ilə yeni anlaşma imzalamaq niyyətindədir.

Lakin futbolçu tələsik addım atmaq istəmir ki, bu da “Kral klubu”nu narazı salıb. Nəticədə Asensionun qarşısına ultimatum qoyulub. Əgər yaxın müddətdə müqavilə uzadılmasa, hücumçu transferə çıxarılacaq.

Qeyd edək ki, Asensio Fransa klublarının maraq dairəsindədir.

ETOPAZ

Əvvəlki yazı

Sürpriz kupon – 29.03.2022

Növbəti yazı

Mobley zədələndi