Sürpriz kupon – 29.03.2022
Qazaxıstan – Moldova – QOL/QOL
Millətlər Liqasında Azərbaycan yığmasının növbəti rəqibi məhz bu oyundan sonra bəlli olacaq. Qazaxıstan Kişinyov səfərindən qələbə ilə dönərək, sərfəli nəticə əldə etdi. Artıq itirəcəyi heç nəyi qalmayan Moldova yəqin ki, ilk dəqiqələrdən hücuma atılacaq. Qazaxıstan heyət baxımından rəqibindən daha güclü görünür. Bu komandalar arasında son 4 oyunun üçündə qarşılıqlı qollar vurulub. Məncə, azarkeşlər “Astana Arena”dakı matçda da hər iki komandanın fərqlənməsinin şahidi ola bilərlər. Odur ki, sürpriz kuponda qol/qol variantını seçmək olar.
Türkiyə – İtaliya – QOL/QOL
Dünya çempionatından son anda kənarda qalan iki komanda Konyada üz-üzə gələcək. İtaliya millisi hələ Şimali Makedoniya məğlubiyyətinin şokundan ayıla bilməyib. Hətta İtaliyada baş məşqçi Roberto Mançinin istefaya göndərilməsi məsələsi müzakirə olunur.
“Skuadra Adzura” son Avropa çempionatında Türkiyə üzərində böyük hesabla qələbə qazanmışdı – 3:0.
“Ay-ulduzlular”da Portuqaliya ilə oyundan sonra Burak Yılmaz yığmadakı karyerasını bitirdiyini açıqladı.
Bu komandalar arasında son 4 oyundan üçündə qol/qol qeydə alınıb. Bu dəfə də hər iki komandanın fərqlənmək imkanı olacaq.
İspaniya – İslandiya – 1
Dünya çempionatına hazırlaşan İspaniya La Korunyada İslandiya ilə qarşılaşacaq. İslandiya artıq 5 oyundur ki, qələbə qazana bilmir. Komanda hətta yanvarda yoldaşlıq matçında Cənubi Koreyaya rüsvayçı hesabla məğlub olmuşdu – 1:5. İslandlar 3 gün öncə Finlandiya ilə bərabərə qaldı – 1:1.
İspaniya isə Millətlər Liqasının finalında Fransaya uduzduqdan sonra 3 oyundur ki, qələbə qazanır.
Hər hansı sensasiya baş verməsə, pireneylilər bu qarşılaşmanın da favoritidirlər.