Rudiger “Yuventus” yolunda

Rudiger “Yuventus” yolunda

“Çelsi”nin müdafiəçisi Antonio Rudiger klubunu dəyişməyə yaxındır. Onun yeni komandası müəyyənləşmək üzrədir.

Almaniyalı futbolçu “Yuventus”a keçməyə hazırlaşır. Hətta yayılan xəbərlərə görə, 29 yaşlı mərkəz müdafiəçisi turinlilərlə 4 illik müqaviləyə qol çəkib. Yayda azad agent statusu daşıyacaq Rudiger “qoca sinyora”ya havayı başa gələcək.

Qeyd edək ki, Antonio Rudiger 2015-2017-ci illərdə İtaliyada “Roma”nın formasını geyinib. “Çelsi” onu 2017-ci ildə 34 milyon funt sterlinqə alıb.

ETOPAZ

Əvvəlki yazı

Benzema “Barselona” ilə matçı buraxacaq

Növbəti yazı

Neymara İngiltərədən fantastik təklif