Tanqanqa mövsümü bitirdi

Tanqanqa mövsümü bitirdi

“Tottenhem”in müdafiəçisi Cafet Tanqanqa əməliyyat olunub. 23 yaşlı futbolçu sağ dizindən əməliyyat keçirib.

Yanvarın 23-də “Çelsi” ilə qarşılaşmadan sonra ayağında ağrılar hiss edən ingiltərəli oyunçunun mövsümü erkən başa vurduğu açıqlanıb. Antonio Kontenin baş məşqçi postuna gəlişindən sonra əsas heyətə düşməyi bacaran Tanqanqa yay toplanışında kollektivə qoşula biləcək.

Qeyd edək ki, “Tottenhem”in yetirməsi olan mərkəz müdafiəçisi 2020-ci ildən əsas komandanın formasını geyinir.

ETOPAZ

Əvvəlki yazı

“Qalatasaray”ın futbolçusu millinin heyətindən çıxarıldı

Növbəti yazı

Messi “Monako” ilə matçı buraxa bilər