Sürpriz kupon – 17.03.2022

Sürpriz kupon – 17.03.2022

“Ayntraxt” – “Betis” – ÜST2.5

Almaniya klubu ilk oyunda səfərdə 2-1 hesablı qələbə qazanıb. Bu hesab “Ayntraxt”ı cavab görüşündə favorit olmağa yaxınlaşdırır. Ardıcıl üç qələbədən sonra alman klubu “Betis”dən üstün görünür. Bununla belə ispanların mübarizədən qolsuz ayrılacağına inanmıram.

“Vest Hem” – “Sevilya” – ÜST2.5

İlk oyunda hər iki tərəf açıq futbol nümayiş etdirdi. Qapılara 32 zərbə vurulda. Yalnız bir dəqiq zərbə “Sevilya”ya evdə qələbə qazandırdı. İspanların səfərdə də uduzmayacağını düşünürəm.

“Lion“ – “Portu” – 2

“Lion”un ilk matçda səfərdə 1-0 hesablı qələbəsi bütün proqnozları alt-üst etdi. Əksəriyyət Portuqaliya klubunun evdə məğlubiyyətinə inanmırdı. Fransızların müdafiədə inamlı oyununu qeyd etməmək olmaz. “Lion” səfərdə qələbəyə layiq mübarizə göstərdi. Bu dueldə “Portu”nun mərhələ adlayacağını düşünürəm. Risk olsa belə qonaqların qələbəsini seçirəm.

Sənan Şəfizadədən ən son “Sürpriz Kupon”

Sənan Şəfizadə

Sənan Şəfizadə 1984-cü ildə Bakı şəhərində anadan olub. Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının məzunudur. 2000-ci ildə "168 saat" və "Tələbə Press" qəzetlərində jurnalist fəaliyyətinə başlayıb. 2003-cü ildən Azad Azərbaycan Müstəqil Teleradio Kompaniyasında çalışır. Hazırda "ATV İdman" informasiya proqramının aparıcısı və redaktorudur. 2007 və 2012-ci illərdə Azərbaycan Respublikasının Gənclər və İdman nazirliyi tərəfindən "İlin idman jurnalisti" seçilib. 2009 və 2014-cü illərdə "İlin ən yaxşı idman aparıcısı" nominasiyasında "Zəfər" Yüksək İdman Nailiyyətləri mükafatına layiq görülüb. Bir sıra dövlət tədbirlərində - o cümlədən futbol, cüdo, şahmat, güləş, gimnastika, MMA və digər idman növləri üzrə 30-dən çox dünya, Avropa çempionatı, Dünya Kuboku yarışlarında aparıcı olub. 2015-ci ildə Ümumdünya Boks Seriyası (WSB) tərəfindən "İlin peşəkar aparıcısı" kimi xüsusi diploma layiq görülüb.

Əvvəlki yazı

Günün kuponu – 17.03.2022

Növbəti yazı

Vidal Braziliya klubunun hədəfində