Tribunada iğtişaş
Meksika çempionatının IX turu qalmaqalla əlamətdar olub. “Keretaro” – “Atlas” matçı zamanı tribunalarda kütləvi iğtişaş baş verib.
Keretarodakı “Korrexidora” stadionundakı görüş 62-ci dəqiqədə dayandırılıb. Tribunalardakı iğtişaş zamanı 17 azarkeş ölüb, 22 nəfər xəsarət alıb. Onlardan 9-u xəstəxanaya yerləşdirilib.