Pikford dava saldı

Pikford dava saldı

“Everton”un qapıçısı Cordan Pikford xoşagəlməz durumla üzləşib. İngiltərə millisinin qolkiperi Nyukasl ətrafındakı pabda baş verən dava-dalaşda iştirakda şübhəli bilinir.

Kafedə olanların bir qrupu Pikfordla zarafatlaşıb, hətta onu əllərinin qısa olmasına görə ələ salıb. Bundan əsəbləşən qolkiperlə dostları həmin şəxsləri cəzalandırmaq istəyib. Nəticədə bir nəfərin burnu, digərinin telefonu sındırılıb.

Cordan və dostları polis gələnədək hadisə yerindən uzaqlaşmağı bacarıb. Polis insidentlə bağlı araşdırmaya başlayıb.

ETOPAZ

Əvvəlki yazı

“Minnesota”da yeni müqavilə

Növbəti yazı

“Qalatasaray”dan Torrentə son iki oyun