Kavani zədələndi

Kavani zədələndi

“Mançester Yunayted”in futbolçusu zədələnib. Baş məşqçi Ralf Ranqnikin açıqlamasına görə, Edinson Kavani xəsarət alıb. O bildirib ki, hücumçu dünənki məşqi də yarımçıq tərk edib:

“Kavani dünən məşqdən sonra da, bu gün səhər də müalicə olunub. Amma “Sauthempton”la qarşılaşmada iştirak edə bilməyəcək”.

Qeyd edək ki, Edinson bu mövsüm 11 oyunda 2 qol vurub.

ETOPAZ

Əvvəlki yazı

Dibala yeni müqavilə imzalayacaq

Növbəti yazı

Traore komandanın məşqinə gəlmədi