Günün kuponu – 15.01.2022
“Köln” – “Bavariya” – qol/qol
Bu variantı məsləhət görməklə “Amerika kəşf etmirəm”. “Bavariya” orta hesabla hər oyuna 3-dən çox top vurur və bir qol buraxır. 18 turda 30 qol vuran “Köln”ün də hücum xətti yaxşı təsir bağışlayır. Öz aralarındakı son 7 duelin hər birində azı 3 qol vurulub. Qol/qola mərc etməmək üçün nəsə bir səbəb qaldı?
“Yuventus” – “Udineze” – 1
“Yuventus” Kyeza kimi “qol silahı”nı zədə üzündən uzun müddətə itirsə də, “Udineze”yə qalib gəlmək üçün yetərincə gücü var. 3 gün əvvəl İtaliya Superkuboku uğrunda matçda “İnter”ə uduzan “Qoca Sinyora” bunun əvəzini A seriyası matçında udinelilərdən çıxmağa çalışacaq. Qələbə “Yuve”ni ilk “dördlüy”ə daxil edə bilər. Mövsümün əvvəlində itirilmiş xalların yerini doldurmaq üçün Turin klubu hər oyun qələbəyə oynamağa məcburdur.
“Aston Villa” – “Mançester Yunayted” – 2,5 üst
Hər iki komandanın müdafiəsi etibarsız oyunla diqqət çəkir. Arxada qalan 19 oyunda “Aston Villa” qapısından 30, “Yunayted” isə 27 qol buraxıb. Hücum xətləri isə normal oyun göstərir. Mançesterlilər 19 oyuna 30, birmingemlilər isə 25 qol vurub. 5 gün əvvəl bu komandaların İngiltərə Kubokunda “Old Trafford”dakı duelində cəmi 1 qol qeydə alınsa da, premyer liqa matçının məhsuldar keçəcəyinə inanıram. Bəlkə də “Aston Villa” “Yunayted”dən 5 gün əvvəlki məğlubiyyətin heyfini çıxacaq. Amma daha etibarlı variant məncə, 2,5 üstdür.