Fernandu Santuş: “Əsas problemimiz odur ki, intensiv oynaya bilmirik”
Sürpriz kupon – 15.01.2022
“Vulverhempton” – “Sauthempton” – 2
“Çelsi” ilə 0:0 oynayıb, “Mançester Yunayted” i səfərdə 1:0 məğlub edən “Vulverhempton” kubok matçı da daxil son 4 oyunundan 3-ü qalibiyyət olmaqla heç birində uduzmayıb. Amma məncə, bu tur “canavarlar” hamıya başqa bir sürpriz edəcək. “Sauthempton” a qarşı keçirdiyi son 4 ev oyundan yalnız birində qalib gələn “Vulverhempton” bu dəfə də qələbə qazanmayacaq. Oyun x və ya 2 variantlarından birini seçə bilərsiz, mən ikinciyə üstünlük verirəm.
“Salernitana” – “Latsio” – 2
Son 2 turda cəmi 1 xal qazanan “Latsio” 8-ci pilləyə yuvarlanmaqla liderlərdən çox uzaq düşüb. Əgər A seriyasında sonuncu yerdə qərarlaşan “Salernitana”nı da məğlub edə bilməsələr, bu baş məşqçi Mauritsio Sarriyə baha otura bilər. Oyun 2 variantına çox güvənirəm.
“Union Berlin” – “Hoffenhaym” – 2,5 üst
18 oyundan hesabında 38 qol olan “Hoffenhaym” üçün hər tur fərqlənmək adiləşib. Eyni zamanda 18 tura 27 qol buraxan müdafiə xətti də ciddi həyəcan siqnalı verir. “Union Berlin”lə duellərində həmişə azı 2 qol qeydə alınıb. Bu dəfə 2-dən də çox olacağını düşünürəm.