“Real” koronavirusa görə məşqi təxirə saldı

“Real” koronavirusa görə məşqi təxirə saldı

İspaniyanın “Real” klubunun bugünkü məşqi təxirə salınıb. Buna səbəb koronavirus pandemiyasının yayılmasıdır. Klubda yoluxanların sayı artdığı üçün hazırlıq prosesi təxirə düşüb.

Komanda üzvlərinin hamısının təkrar test vermələrinə ehtiyac yaranıb. Bundan sonra yoluxanların dəqiq sayı bilinəcək.

Qeyd edək ki, bir gün əvvəl Luka Modriç və Marselonun testi müsbət nəticə verib.

ETOPAZ

Əvvəlki yazı

Nadaldan mütləq rekord

Növbəti yazı

Sobolenko ikiqat səhv sayında birinci oldu