Serxio Aquerodan vida

Serxio Aquerodan vida

Serxio Aquero karyerasını rəsmən başa vurub. Bunu “Barselona”nın hücumçusunun özü açıqlayıb.

Argentinalı forvard bu gün təşkil olunan mətbuat konfransında ürəyində problem üzündən belə addım atdığını bildirib.

O, göz yaşları içində futboldan getdiyini açıqlayıb. Ona dəstək vermək üçün “Barselona”nın məşqçi və futbolçu heyəti, eyni zamanda “Mançester Siti”də rəhbərliyi altında oynadığı keçmiş çalışdırıcısı Pep Qvardiola konfransa qatılıb.

Qeyd edək ki, karyerası ərzində “İndependiente” (2003-2006), “Atletiko” (2006-2011) və “Mançester Siti”nin (2011-2021) formasını geyinən Serxio Aquero “Barselona”ya bu ilin yayında keçib. O, 2006-2021-ci illərdə Argentina millisinin heyətində 101 matçda 41 qol vurub.

ETOPAZ

Əvvəlki yazı

Modriçlə Marselo koronavirusa yoluxdu

Növbəti yazı

Yığmada yeni baş məşqçi