7-ci çempionluq

7-ci çempionluq

Millətlər Liqasının 2020/21 mövsümünün finalında İspaniya ilə qarşılaşan Fransa əzmkar qələbə qazanıb. 2:1 hesabı ilə qalib gələn “üçrənglilər” 4 müxtəlif turnirdə çempionluq yaşayan ilk Avropa yığması olub.

Dünya (1998, 2018), Avropa (1984, 2000), Konfederasiyalar kuboku (2001, 2003) və Millətlər Liqasının (2021) çempionu olan Fransa ümumilikdə 7-ci dəfə böyük uğura nail olub. Onların hesabında həm də 1984-cü ilin Olimpiya qızılı da var.

Baş məşqçi Didye Deşam isə yığmada 4-cü çempionluğuna sevinib. O, futbolçu kimi dünya (1998) və Avropa (2000), baş məşqçi kimi dünya (2018) və Millətlər Liqası (2021) çempionudur.

ETOPAZ

Əvvəlki yazı

9,4 milyonluq kompensasiya

Növbəti yazı

Yekun turnirinin 4-cü iştirakçısı