Yekun turnirinin 4-cü iştirakçısı

Yekun turnirinin 4-cü iştirakçısı

ATP-nin yekun turnirinə daha bir vəsiqənin sahibi müəyyənləşib. Almaniyalı tennisçi Aleksandr Zverev yarışda iştirak hüququ qazanıb.

Dünyanın 4-cü raketkası ardıcıl 5-ci dəfə bu turnirdə qüvvəsini sınayacaq. 2018-ci ildə yekun turnirinin qalibi olan Zverev bu il təşkil olunacaq yarışa vəsiqə qazanan 4-cü tennisçidir.

İlk dəfə İtaliyanın Turin şəhərində baş tutacaq yarışın daha üç iştirakçısı öncə dəqiqləşib. Bunlar Novak Cokoviç, Danil Medvedev və Stefanos Tsitsipasdır.

Xatırladaq ki, Zverev bu il 4 turnirdə qalib gəlib. O, Olimpiada, Madrid və Tsintsinatti “Masters”ləri, həmçinin Akapulko turnirində çempion adını qazanıb.

ETOPAZ

Əvvəlki yazı

7-ci çempionluq

Növbəti yazı

Messi Levandovskiyə çatdı