60 milyonluq transfer
“Liverpul” Aleksis Makallister üçün ödəyəcəyi məbləğ və futbolçunun maaşı bəlli olub. Argentinalı yarımmüdafiəçi yeni klubunda ildə 6 milyon funt qazanacaq.
“Brayton” bu transferdən 60 milyon əldə edəcək. 24 yaşlı cənubi amerikalının “Liverpul”la müqaviləsi 2028-ci ilədək nəzərdə tutulub.
Aleksis ötən il Argentina yığması ilə dünya çempionu olub. Yarımmüdafiəçi “Brayton”dakı son mövsümündə 40 oyun keçirib və 12 qola imza atıb.