6 futbolçu İtaliya millisindən uzaqlaşdırıldı

6 futbolçu İtaliya millisindən uzaqlaşdırıldı

Şimali Makedoniyaya məğlub olaraq dünya çempionatına vəsiqə şansını itirən İtaliya yığması heyətində dəyişiklik edib. Türkiyə ilə yoldaşlıq görüşü keçirəcək Skuadra Adzurrada 6 futbolçu heyətdən kənarlaşdırılıb.

Bunlar Jorjinyo, Marko Verratti, Canluka Mançini, Domeniko Berardi, Çiro İmmobile və Lorenzo İnsinyedir. Adıçəkilən oyunçular Türkiyə ilə qarşılaşmada baş məşqçi Roberto Mançininin sərəncamında olmayacaq. Çalışdırıcı Konyadakı matça 27 futbolçu aparıb.

Qeyd edək ki, sabah keçiriləcək Türkiyə – İtaliya oyunu Bakı vaxtı ilə saat 22:45-də start götürəcək.

ETOPAZ

Əvvəlki yazı

“Atalanta” hücumçusunu satacaq

Növbəti yazı

Günün kuponu – 29.03.2022